20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyə şirkətinə sanksiya tətbiq oluna bilər - Foto
Tarix: 18-08-2023 17:07 | Bölmə: İqtisadiyyat
Türkiyə şirkətinə sanksiya tətbiq oluna bilər

Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq edilən sanksiyaların Türkiyə tərəfindən pozulduğu iddia edilir. Reyting.az xəbər verir ki, “Wall Street Journal” bununla bağlı sensasiyalı iddialar irəli sürüb.

ABŞ-ın aparıcı qəzeti yazır ki, Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar “xəyali gəmi donanması” tərəfindən “deşilib”.

İddia olunur ki, türk şirkətləri onlarla yük gəmisi alaraq Rusiya neftini daşımaqla Moskvaya sanksiyalardan yan keçməyə imkan yaradıb.

“Beks Gemi İşletmeciliği” şirkətinin 2021-ci ildə 37 gəmi aldığı, bunların çoxunun köhnə neft tankerləri olduğu bildirilir. Məlumata görə, iki il ərzində bu məqsədlə yarım milyard dollardan vəsait ödənilib. Qeyd olunur ki, bu şirkətin əsas fəaliyyəti corab və alt paltarları sahəsində ixtisaslaşıb.



ABŞ nəşri iddia edir ki, “Beks” kimi şirkətlər Rusiyanın sanksiyaları pozmasına töhfə verir: “Bu gəmilər bütün dünyanı gəzir. Əksəriyyəti Yunanıstan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki şirkətlərə məxsusdur”.

ABŞ və Qərb ölkələrinin sanksiyaları sərtləşdirmək üçün hərəkətə keçdikləri, Türkiyəyə də təzyiq olacağı və bu gəmilərin sığortalanmasında da problem yaranacağı bildirilir.

Qərb diplomatı isə “ABŞ rəsmiləri Türkiyənin Rusiyaya qarşı sanksiya pozuntularının mərkəzi olmasından narahatdırlar”,- ifadəsini işlətməklə məsələni bir qədər də qəlizləşdirib.

Adını açıqlamayan diplomat deyib ki, bu məsələdə Türkiyə hökuməti ilə davamlı dialoq aparırlar: “Ümid edirik ki, türk şirkətinin sanksiyaya məruz qalacağı bir ssenari baş verməsin. Biz bu real risklərlə bağlı hökumət və özəl sektorla işləyirik”.

“Beks”in idarə heyətinin üzvü və qurucu ortağı Cəmil Ersöz isə bildirib ki, onlar təkcə Rusiya ilə işləmirlər:

“Biz hər yerdə işləyirik. İstənilən sanksiya qərarını ingilis vəkillərimizlə birlikdə həll edirik”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər