20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dolların qlobal roluna necə son qoyula bilər?
Tarix: 19-08-2023 10:41 | Bölmə: İqtisadiyyat
Dolların qlobal roluna necə son qoyula bilər?

"Dolların qlobal rolu tez bir zamanda çökməyəcək. Bu sistem təxminən 100 ildir qurulub və onun məhv edilməsi də xeyli vaxt tələb edəcək. Federal Ehtiyat Sistemi 1913-cü ildə yaradılıb. Birləşmiş Ştatlar Birinci Dünya Müharibəsi zamanı maliyyə vəziyyətini kəskin şəkildə möhkəmləndirdi, ondan nağd pul qazandı və böyük borcludan əsas kreditor oldu".

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov bildirib.

Ə. Abdinov xatırladıb ki, ABŞ İkinci Dünya Müharibəsindən daha çox qazanc əldə edib, buna görə də məhz onun sonunda Bretton-Vuds sistemi yaradılıb:

"Əlbəttə, dolların hökmranlığı Qarşılıqlı İqtisadi Yardım Şurası və digər dost ölkələr timsalında öz iqtisadi müstəqilliyə malik olan SSRİ dağılandan sonra da möhkəmlənib”.

Hərəkat sədrinin fikrincə, dolların dominantlığına son qoymaq üçün indi faktiki olaraq tədricən anti-Qərb koalisiyasında birləşən bir çox dövlətlərə çoxlu koordinasiyalı iş lazımdır: “Rusiya və sosialist Çin onun nüvəsinə çevrilir. Ən vacib addım Sovet İttifaqının Qarşılıqlı İqtisadi Yardım Şurası çərçivəsində yaratdığına bənzər kollektiv BRİKS valyutasının yaradılması olmalıdır. Bu, sonda dolların qlobal roluna son qoyacaq".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər