20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Norveçin neft şirkəti Xəzərdəki payını satır
Tarix: 22-08-2023 10:53 | Bölmə: İqtisadiyyat
Norveçin neft şirkəti Xəzərdəki payını satır

Norveçin “Equinor” neft şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində 7,27 % payının satışını araşdırır.

“Bloomberg”ə istinadən xəbər verir ki, alıcıların bu aktivlərə marağını qiymətləndirmək üçün hazırda Norveç şirkəti "Jefferies Financial Group Inc"i. ilə iş aparır.

Bildirilib ki, maraqlı tərəflər arasında ABŞ-ın “ExxonMobil” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Inpex” şirkəti var. Mövcud razılaşmanın şərtlərinə görə, “Equnior” öz payının satışı ilə bağlı ilk olaraq SOCAR-a müraciət etməlidir.

"Equinor" bu aktivlər üçün təklifləri yaxın həftələrdə təqdim olunmasını gözləyir və bu sövdələşmə təxminən 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Qeyd edək ki, "Equinor" Xəzər dənizində digər kəşfiyyat sahələrində, eləcə də Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərində 8,71 % paya da malikdir.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər