20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropada təbii qazın qiyməti kəskin artıb
Tarix: 22-08-2023 18:17 | Bölmə: İqtisadiyyat
Avropada təbii qazın qiyməti kəskin artıb

Avqustun 22-də keçirilən ticarət zamanı Avropada təbii qazın qiyməti təxminən 10 faiz bahalaşaraq iyunun 15-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 500 dolları ötüb. Reyting.az xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları sübut edir.

Ən yüksək nöqtədə, ən böyük Avropa mərkəzi TTF indeksi üzrə sentyabr qaz fyuçerslərinin qiyməti min kubmetr üçün 503 dollara çatıb.

Məlumata görə, Avstraliyada mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı zavodlarında tətillərin başlaması ilə bağlı treyderlərin qorxuları səbəbindən yanacağın qiyməti artmaqda davam edir. “Reuters” agentliyinin məlumatına görə, rəhbərlik işçilərin maaşlarını artırmasa, onlar sentyabrın 2-dən işə getməyi dayandıracaqlar. Tətillər başlayarsa, Asiya və Avropa növbəti isitmə mövsümünə hazırlaşarkən, istehsal dayandırılması qlobal LNG tədarükünün 10 faizini təhlükə altına alacaq.

Qeyd edək ki, Avstraliyada baş verən hadisələr fonunda avqustun əvvəlindən qiymətlər həm kəskin artıb, həm də kəskin ucuzlaşıb. Citigroup analitikləri hesab edir ki, tətil qərarı verilməsə və istehsal dayanmasa, bazar yanacaqla o qədər doyacaq ki, noyabra kimi qiymətlər azalacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər