20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyalı oliqarxların Ukraynadakı mülkləri müsadirə olunur
Tarix: 23-08-2023 15:52 | Bölmə: İqtisadiyyat
Rusiyalı oliqarxların Ukraynadakı mülkləri müsadirə olunur

Ukrayna Ali Məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin iddiasını təmin edib. Nazirlik həmin iddianı Dövlət İstintaq Bürosunun materialları əsasında hazırlamışdı və Ali Məhkəmənin qərarı ilə son sahibi “LSR” qrupu olan “Aerok” MMC-nin korporativ hüquqları 100 faiz bərpa edilib.

Reyting.az
xəbər verir ki, sözügedən zavod rusiyalı oliqarx Andrey Molçanova məxsus olub.

Dövlət Təhqiqat Bürosunun mesajında deyilirdi ki, “Aerok” Ukraynada, Kiyev vilayətinin Obuxov və Berezan şəhərlərində iki məsaməli beton zavodunun sahibidir. Ötən ilin mayında Dövlət Təhqiqat Bürosu Ukrayna tikinti materialları şirkətinə rusiyalı oliqarx Andrey Molçanov tərəfindən nəzarət edildiyini müəyyənləşdirib:

“O, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının keçmiş üzvüdür, işğalçı hakimiyyətə yaxındır və işğalçı ölkənin büdcəsinə külli miqdarda vergilər ödəyir”.

Bildirilir ki, Ukrayna müəssisəsinin əldə etdiyi mənfəət Rusiya Federasiyasından dividendlər və qonorar şəklində qondarma “ana şirkət”ə göndərilib. Qeyd olunur ki, Rusiyanın kommersiya strukturu təcavüzkar ölkənin ərazisində əsas vergi ödəyicisidir: “Ona görə də Ukrayna cəmiyyətindən daxil olan vəsaitlər hesabına dövlətimizə qarşı təcavüz zamanı işğalçı ölkənin büdcəsinə vergi və rüsumlar ödənilib, onun enerji bloku və hərbi sənaye kompleksi maliyyələşdirilib”.

Qeyd olunur ki, həmin aktivlərə həbs qoyularaq ARMA-nın idarəçiliyinə verilib. Ukraynadakı Rusiya əmlakının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyi bildirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 27-də Putinin yaxın dostu, rusiyalı oliqarx Əlişir Usmanovun da Ukraynadakı əmlakına həbs qoyulub.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər