20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Şahdəniz”dən 200 milyard kubmetr qaz hasil olunub
Tarix: 28-08-2023 16:03 | Bölmə: İqtisadiyyat
“Şahdəniz”dən 200 milyard kubmetr qaz hasil olunub

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasilatın başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunub.

Bu barədə “Şahdəniz” yatağının operatoru olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilib ki, 200 milyardıncı kubmetr qaz avqustun 26-da, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru kəmərinin istismara verildiyini elan ediləndən 16 il yarım sonra əldə olunub.

15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri “Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

“Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni “Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.

Hazırda “Şahdəniz Alfa” (11 quyu) və “Şahdəniz Bravo” (14 quyu) - platformalarından ümumilikdə gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər