20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bu mütəxəssislərə birdəfəlik müavinət ödənilir
Tarix: 30-08-2023 11:07 | Bölmə: İqtisadiyyat
Bu mütəxəssislərə birdəfəlik müavinət ödənilir

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb.

Reyting.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirib ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir. Birdəfəlik müavinətin təyinatı Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunvericilik aktları ilə həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər üçün nəzərdə tutulan sosial dəstək tədbirlərindən biridir.

Əmək Məcəlləsinə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər