Mikayıl Cabbarov Dünya Bankının rəsmisi ilə müzakirə aparıb
Tarix: 22-09-2023 17:16 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov Dünya Bankının rəsmisi ilə müzakirə aparıb

Azərbaycanla Dünya Bankı tərəfindən hazırlanmış investisiya layihələrinin indikativ proqramı müzakirə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysilə bank ilə ölkəmiz arasında əməkdaşlığın gündəliyində olan məsələləri müzakirə edilib. R.Praysilə 2023-2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb", - deyə nazir qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}