Vüqar Bayramov dolların son bahalaşma səbəbini açıqlayıb
Tarix: 26-09-2023 13:06 | Bölmə: İqtisadiyyat
Vüqar Bayramov dolların son bahalaşma səbəbini açıqlayıb

“Dollar dünya bazarında yenidən möhkəmlənir. ABŞ pulu avroya nisbətən sadəcə, son 1 ayda 4 faizə yaxın dəyər qazanıb. Həmin müddətdə Rusiya rublu da dollar qarşısında 2 faiz dəyər itirib. Qardaş Türkiyədə isə 1 dollar almaq üçün 27 lirədən daha çox milli pul ödəmək lazımdır. Dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər və eləcə də FED-in davamlı güclənmə siyasəti ilə bağlıdır”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

V. Bayramov əlavə edib ki, Avropa Mərkəzi Bankının son qərarları da avronun məzənnəsinə təsirsiz ötüşməyib:

“Sentyabrın əvvələrində Azərbaycanda hərraclarda dollara tələb azalsa da, sonradan yenidən yüksəlib. Sonuncu hərracda 45,5 milyon dollarlıq tələb yaranıb. Qeyd edək ki, öncəki hərracda bu rəqəm 26,6 milyon dollar idi. 2023-cü ilin son aylarında da regionda dollara tələbin artacağı gözlənilir”.

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə V. Bayramov qeyd edib ki, daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir: “Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik “üzən məzənnə” rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}