SOCAR Qarabağın erməni sakinlərinə yenindən yanacaq göndərib
Tarix: 26-09-2023 13:15 | Bölmə: İqtisadiyyat
SOCAR Qarabağın erməni sakinlərinə yenindən yanacaq göndərib

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.

Reyting.az
xəbər verir ki, yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb.

Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq göndərilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}