Nəhəng kriptovalyuta birjası Rusiyanı tərk edəcək
Tarix: 27-09-2023 12:39 | Bölmə: İqtisadiyyat
Nəhəng kriptovalyuta birjası Rusiyanı tərk edəcək

Ən böyük kriptovalyuta birjası “Binance” rəhbərliyi Rusiya bazarını tamamilə tərk edərək ölkədəki biznesini “CommEX”-ə satmaq qərarına gəlib.

Reyting.az
-ın xəbərinə görə, birjanın uyğunluq üzrə baş mütəxəssisi Noah Perlman deyib ki, Rusiyada fəaliyyət göstərmək "Binance”-nin uyğunluq strategiyası ilə uyğun gəlməyəcək.

Bildirilir ki, gələcəkdə “Binance”nın rəhbərliyi diqqətini digər ölkələrdə biznesin inkişafına yönəldəcək və növbəti bir neçə ay ərzində Rusiya Federasiyasında mübadilə xidmətlərini və digər biznes sahələrini bağlayacaq.

Ticarət platforması həmçinin aydınlaşdırıb ki, mövcud istifadəçilərin platformadan ayrılma prosesi bir ilə qədər vaxt aparacaq. Eyni zamanda, bütün müştəri aktivləri etibarlı şəkildə qorunacaq. Rusiya biznesinin yeni sahibi ilə birlikdə şirkət rəhbərliyi istifadəçilərə aktivlərinin yeni platformaya köçürülməsi proseduru barədə operativ məlumat verəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}