Amerika şirkətləri Polşada atom elektrik stansiyası tikəcək
Tarix: 27-09-2023 17:49 | Bölmə: İqtisadiyyat
Amerika şirkətləri Polşada atom elektrik stansiyası tikəcək

Amerikanın “Westinghouse” və “Bechtel” şirkətləri Polşanın ilk atom elektrik stansiyasını tikəcəklər. Reyting.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mateuş Moravetski layihələndirmə işlərinin həyata keçirilməsinə dair sazişin imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, “Westinghouse” və “Bechtel” Polşanın ilk ultra müasir və ultra təhlükəsiz atom elektrik stansiyasını yaratmaq üçün Polşa subpodratçıları ilə işləyəcək.

Bu razılaşmadan məmnun olduğunu deyən Moravetski əlavə edib ki, çətin danışıqlar yolu ilə bu günə çata bildik:

“Biz Polşa-Amerika münasibətlərində, əməkdaşlığında və Polşa iqtisadiyyatı sahəsində yeni dövrə başlayırıq”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}