MDM-nin İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Fotolar
Tarix: 02-10-2023 09:54 | Bölmə: İqtisadiyyat
MDM-nin İdarə Heyətinin yeni tərkibi təsdiqlənib

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.

Reyting.az
-ın xəbərinə görə, bununla bağlı Müşahidə Şurası sentyabrın 28-də qərar verib. Qərara əsasən, MDM-nin İdarə Heyəti sədrinin müavini Rəna Aydın qızı İsgəndərova, İdarə Heyətinin üzvü isə Ramin Qələnfər oğlu Nurəhmədov təyin edilib.

Qeyd edək ki, Rəna İsgəndərova 2017-ci ildən yeni vəzifəsinə qədər beynəlxalq məsləhət şirkəti olan “Ernst & Young”da baş mütəxəssis, audit üzrə menecer vəzifələrində çalışıb. Ramin Nurəhmədov isə 2023-cü ilin iyul ayından etibarən Milli Depozit Mərkəzində fəaliyyətə başlayıb və İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}