13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Rusiya İranla əməkdaşlığı genişləndirmək istəyir
Tarix: 04-10-2023 16:17 | Bölmə: İqtisadiyyat
Rusiya İranla əməkdaşlığı genişləndirmək istəyir

Rusiya İranla qaz sektorunda, o cümlədən yataqların işlənməsi və svop qaz tədarüklərindən istifadə sahəsində əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparır. Reyting.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinov Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin enerji forumunda bildirib.

Rusiya və İran arasında əməkdaşlığı şərh edən nazir deyib ki, qaz sektorunda əməkdaşlığın genişləndirilməsi, yataqların işlənilməsi və qaz tədarükü, o cümlədən svop tədarüklərindən istifadə üzrə danışıqlar aparılır.

Bundan əlavə, Rusiya şirkətləri İranda beş neft yatağının işlənməsini davam etdirirlər.

Şulqinovun sözlərinə görə, Şimal-Cənub dəmir yolunun inkişafı ölkələr arasında daha da böyük əməkdaşlığa kömək edəcək.

Qeyd edək ki, ŞƏT üzvləri Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır. Forum zamanı xüsusilə neft-qaz sənayesi, elektrik enerjisi, nüvə energetikası, kömür sənayesi üzrə aktual məsələlərin müzakirəsi planlaşdırılır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}