12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputat: "Təklif edirlər ki, inflyasiyanı cilovlamaq üçün məmurların qüdrətindən istifadə edək"
Tarix: 05-10-2023 12:30 | Bölmə: İqtisadiyyat
Deputat: "Təklif edirlər ki, inflyasiyanı cilovlamaq üçün məmurların qüdrətindən istifadə edək"

"Biz təkamül yolu ilə gedirik, ona görə də təklif edirəm ki, əvvəlcə Rəqabət Məcəlləsini qəbul edək, sonra gələcəkdə lazım olarsa, ona hansısa dəyişikliklər edək".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Onun digər təklifi Rəqabət Komissiyası ilə bağlı olub: "İqtisadiyyat Nazirliyində - vergi sistemində Ombudsman institutu fəaliyyət göstərir. Onun 2-3 əməkdaşı var, amma effektiv işləyir. Təklif edirəm ki, həmin ombudsman və bu qurumun üzvləri Rəqabət Komissiyasına üzv olsunlar və onların komissiyanın işinə təsir etmək üçün alətləri olsun. Eyni zamanda Komissiyada ictimai əsaslarla 4-5 deputat da olsa yaxşı olar".

"Digər məsələ odur ki, bəzi ekspertlər, hətta deputatlar təklif edirlər ki, inflyasiyanı cilovlamaq üçün biz dövlətin gücündən və məmurların qüdrətindən istifadə edək, qoymayaq qiymətlər artsın. Mən bunu dəfələrə tənqid etmişəm. Dövlət yalnız istehlak səbətinə daxil olan bəzi malların qiymətini tənzimləyə bilər, qalan məsələlərə toxunmamalıdır. İqtisadiyyat nazirindən xahiş edirəm ki, bu söz-söhbətlərin kökünü kəsək. Heç kim gedib hansısa hotelə və yaxud pitixanaya qiymətlə bağlı göstəriş verməməlidir", - deyə deputat əlavə edib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər