12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vergi daxilolmaları artıb
Tarix: 11-10-2023 11:28 | Bölmə: İqtisadiyyat
Vergi daxilolmaları artıb

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çox - 12 milyard 810,7 milyon manat vəsait daxil olub.

Reyting.az
xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3 % artaraq 7 milyard 425,8 milyon manata çatıb. Daxilolmalarda müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq", - deyə o qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər