12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İctimai Televiziyanın tenderi ləğv olunub
Tarix: 11-10-2023 17:05 | Bölmə: İqtisadiyyat
İctimai Televiziyanın tenderi ləğv olunub

İctimai Televiziyanın "İşıq filtrlərinin satın alınması" tenderi ləğv olunub.

Buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir(Fed.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər