Rusiya Türkiyəyə “Yol xəritəsi” təqdim edib
Tarix: 13-10-2023 12:42 | Bölmə: İqtisadiyyat
Rusiya Türkiyəyə “Yol xəritəsi” təqdim edib

Rusiya qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayaraq Türkiyəyə göndərib və Türkiyə bunu nəzərdən keçirir.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Hazırda bu layihə müzakirə olunur, “Yol xəritəsi” hazırlanıb və türkiyəli tərəfdaşlara göndərilib. İmzalanan kimi tədbirlər planına uyğun olaraq həyata keçiriləcək”,- Rusiya rəsmisi deyib.

Novak qeyd edib ki, layihə ilk növbədə Türkiyədə elektron qaz ticarəti platformasının yaradılmasını nəzərdə tutur: “Orada bir çox təchizatçı var, o cümlədən Rusiya ən böyüklərdən biridir, lakin Türkiyə və Avropa ölkələri də daxil olmaqla, çoxlu istehlakçılar var. Aydındır ki, onların qiymət kotirovkalarını yaradan öz elektron birjası, elektron ticarəti olmalıdır”.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində “Şimal axını” ilə itirilmiş qaz tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}