12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Dövlət rüsumu haqqında" qanuna növbəti dəyişiklik olub
Tarix: 17-10-2023 13:26 | Bölmə: İqtisadiyyat
"Dövlət rüsumu haqqında" qanuna növbəti dəyişiklik olub

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəməli olacaq.

Reyting.az
xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bundan başqa, sənədə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər