12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Tarif Şurası daha 202 dərmanın qiymətini təsdiqləyib
Tarix: 17-10-2023 16:42 | Bölmə: İqtisadiyyat
Tarif Şurası daha 202 dərmanın qiymətini təsdiqləyib

Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Reyting.az
xəbər verir ki, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərar 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər