12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırılıb - Fərman
Tarix: 17-10-2023 20:56 | Bölmə: İqtisadiyyat
Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırılıb

Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Reyting.az
 xəbər verir ki, Fərmana əsasən, Aqrar Subsidiya Şurasının üzvləri sərasına kənd təsərrüfatı naziri ilə  Dövlət Ehtiyatları Agentliyinin bir nümayəndəsi daxil edilib.

Qeyd edək ki, Şura daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyindən (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrinin daxil olduğu 7 üzvdən ibarət olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər