12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Məhkəmə sabiq maliyyə naziri barədə yeni qərar verib
Tarix: 23-10-2023 11:25 | Bölmə: İqtisadiyyat
Məhkəmə sabiq maliyyə naziri barədə yeni qərar verib

Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rafael Əliyevin cinayət işi üzrə ibtidai istintaq davam edir.


Məlumata görə, istintaq orqanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması üçün növbəti dəfə məhkəməyə müraciət edib.

Səbail Rayon Məhkəməsi iri həcmli iş üzrə araşdırmanın davam etməsi səbəbindən təqdimatı əsaslı hesab edib. Qərara əsasən, R.Əliyevin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Rafael Əliyev ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri ilə həbs edilib.

Eks-nazir 144 milyon manat mənimsəmədə ittiham olunur(Qafqazinfo).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər