12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa qoyula bilər
Tarix: 24-10-2023 17:16 | Bölmə: İqtisadiyyat
Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa qoyula bilər

Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa qoyula bilər.

Məlumata görə, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi rəssam Azər Əliyev barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib.

Şikayətə səbəb isə A. Əliyevə məxsus “Bakudesigncenter” və “Symbol promo” MMC-lərin dövlətə olan vergi borcları ilə bağlıdır. Vergi borclarının ödənməsi üçün sözügedən baş idarə məhkəməyə iddia qaldırıb və rəssamın ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.

Qeyd edək ki, qrafik və dizayner Əliyev Azər Seyran oğlu Rəssamlıq Akademiyasının dosentidir. Onun təsisçisi olduğu “Bakudesigncenter” təhsil mərkəzində əsasən peşəkar dizaynerlər hazırlanır(Lent.az).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər