12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Akif Çovdarovun oğlu məhkəməyə verilib
Tarix: 26-10-2023 13:47 | Bölmə: İqtisadiyyat
Akif Çovdarovun oğlu məhkəməyə verilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi Akif Çovdarovun oğlu Ruslanın Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

Məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Ruslan Akif oğlu Çovdarovun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına “stop” qoyulmasını xahiş edib.

İşə hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, Ruslan Çovdarovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, R.Çovdarov ötən ilin fevral ayında “RANT GROUP” MMMC adlı yeni şirkət açıb(İqtisadiyyat.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər