18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Dünya bazarında qızıl yenidən bahalaşır
Tarix: 30-10-2023 09:40 | Bölmə: İqtisadiyyat
Dünya bazarında qızıl yenidən bahalaşır

Nyu-York əmtəə birjasında (NYMEX) qızılın qiyməti yenidən artıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, İsrail ordusunun Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı keçirməsi xəbəri fonunda qiymətli metalın dəyəri bir troya unsiya üçün 2000 dolları keçib. Qiymətlər 2023-cü ilin may ayından bəri ilk dəfə rekord həddə çatıb.

Oktyabrın 30-u bazar ertəsi ticarətin açılışından bəri dekabr çatdırılması üzrə fyuçerslər 0,63 faiz bahalaşaraq 2 011,1 dollar olub. Maksimum olaraq qızıl bir unsiya üçün 2016,7 dollara qədər bahalaşıb.

Qeyd edək ki, oktyabrın əvvəlindən qiymətlər artıq 8,14 faiz, ilin əvvəlindən isə 10,2 faiz artıb.

“Bloomberg”-in sorğusuna qatılan analitiklərin fikrincə, bazarda gələcək vəziyyət Yaxın Şərqdə münaqişənin inkişafından asılı olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}