"Azərpoçt” MMC-yə sədr əvəzi təyin olunub
Tarix: 01-11-2023 09:15 | Bölmə: İqtisadiyyat
"Azərpoçt” MMC-yə sədr əvəzi təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinə (İH) sədr əvəzi təyin olunub.

Reyting.az
xəbər verir ki, şirkətə rəhbərlik İH-nin üzvü İsi Mustafayevə həvalə edilib(Report).

Xatırladaq ki, "Azərpoçt"un sədri Əfqan Cəlilov vəzifəsindən azad olunaraq nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin edilib. Ona müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}