18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
"İnnovativ fəaliyyətlər" haqqında qanun layihəsi hazırlanıb
Tarix: 01-11-2023 12:15 | Bölmə: İqtisadiyyat
"İnnovativ fəaliyyətlər" haqqında qanun layihəsi hazırlanıb

İqtisadiyyat Nazirliyi "İnnovativ fəaliyyətlər" haqqında qanun layihəsi hazırlayıb.

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən "Təhsilin İnkişafı Forumu 2023" tədbirində bildirib.

Onun sözlərinə görə sənəd yaxın vaxtlarda hökumətə təqdim olunacaq.

"Qanun layihəsi müxtəlif dövlət qurumları ilə birgə hazırlanıb. İnnovativ fəaliyyətlərin çərçivələrini müəyyən edirik. Bundan irəli gələn strategiyanın olması, fəaliyyətin tənzimlənməsi zəruri olacaq. Bu gün üçün innovasiyada vahid baxışın olması vacibdir”, - deyə nazir müavini qeyd edib.

O həmçinin əlavə edib ki, müxtəlif sahələrdə innovativ həllərlə bağlı qanunvericiliyə düzəlişlər olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}