12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azad olunmuş ərazilərin bərpasına 11 milyard manat xərclənib
Tarix: 13-11-2023 11:46 | Bölmə: İqtisadiyyat
Azad olunmuş ərazilərin bərpasına 11 milyard manat xərclənib

“Azərbaycan dövləti artıq 3 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 3 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu mərhələdə ölkəmizin neft-qaz resurslarından da məharətlə istifadə olunub. Onun sözlərinə görə, indiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir.

S. Şərifov əlavə edib ki, Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər