12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İki bankın əmlakı hərraca çıxarılıb
Tarix: 16-11-2023 12:56 | Bölmə: İqtisadiyyat
İki bankın əmlakı hərraca çıxarılıb

Noyabrın 21-də “Əmlak Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınar, dekabrın 4-də isə "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin daşınmaz əmlakının satışı üzrə hərraclar keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumata görə, söhbət “Dəmir Bank”a məxsus “BMW 760Ll” minik avtomobilindən və “AGBank”a məxsus Abşeron rayonu, Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi, 40A ünvanında yerləşən 81,5 kv.metrlik fərdi yaşayış evindən gedir.

Əmlaklara müvafiq olaraq 31,5 min manat və 40 min manat qiymət qoyulub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər