12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya müharibə dövründə 550 milyard avro qazanıb - Foto
Tarix: 16-11-2023 14:32 | Bölmə: İqtisadiyyat
Rusiya müharibə dövründə 550 milyard avro qazanıb

Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya neft, təbii qaz və kömür ixracından 550 milyard avroya yaxın gəlir əldə edib.

Reyting.az
xəbər verir ki, bunu Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatları sübut edir.

24 fevral 2022-ci il tarixindən 13 noyabr 2023-cü il tarixinədək bütün dövr üçün ən böyük alıcı Avropa İttifaqı olub. Avropa İttifaqı ölkələri bu müddət ərzində aldıqları bütün qalıq yanacaqlara görə Rusiyaya 180 milyard avro ödəyiblər. Bunun 102 milyard avrodan çoxu xam neft, 74 milyardı təbii qaz, qalanı isə kömürdür.

Avropa İttifaqı daxilində Rusiyanın enerji resurslarının əsas alıcıları Almaniya (cəmi 28 milyard avro), Hollandiya (18 milyard) və İtaliya (17 milyard) olub.

Rusiya karbohidrogenlərinin Aİ-dən sonra ikinci ən böyük alıcısı Çindir - 143 milyard avrodan çox. Bunlardan neft - 107 milyard, qaz - 17 milyard, kömür - 18 milyard dollar edib.

Sonrakı yerdə böyük geriləmə ilə Hindistan (cəmi 64 milyard), Türkiyə (53 milyard), Cənubi Koreya (14 milyard) gəlir.

Qeyd edək ki, son bir il yarım ərzində satınalmaların dinamikası nəzərəçarpacaq dərəcədə dəyişib. Avropa alışlarını əhəmiyyətli dərəcədə azaldıbsa, Asiya ölkələri, əksinə, ümumilikdə o qədər radikal olmasa da, onları artırıb.

Xatırladaq ki, Rusiyaya qarşı Avropa sanksiyalarının 12-ci paketi, digər məsələlərlə yanaşı, Rusiya neftinin “qiymət tavanı” adlanan normaya riayət olunmasına nəzarəti gücləndirməyi planlaşdırır. Əlavə prosedurlar rusların bu məhdudiyyətdən yan keçməsini çətinləşdirməlidir. Danimarkanın Rusiya neft tankerlərinin öz sularından tranzit keçməsini qadağan etmək imkanını nəzərdən keçirdiyini də xəbər vermişdik. Əslində bu, rusların Baltik dənizi ilə Atlantik okeanı arasında səyahətinə qadağa qoyulması demək olacaq.



E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər