12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vüqar Bayramov: “Müharibə iştirakçılarının müavinətləri iki dəfə artırılsın” - Video
Tarix: 17-11-2023 19:23 | Bölmə: İqtisadiyyat
Vüqar Bayramov: “Müharibə iştirakçılarının müavinətləri iki dəfə artırılsın”

“Müharibə iştirakçılarının müavinətlərinin 80 manat müəyyənləşdirilməsi 2019-cu ildə baş verib. 2019-cu ildən sonra həmin məbləğ dəyişməyib. Qanunvericiliyə əsasən, həmin məbləğ bizim veteranlarımızın kommunal xərclərinin ödənməsi məqsədini daşıyır. Ümumiyyətlə, kommunal xərclərlə bağlı qiymətləndirmə göstərir ki, 2019-cu ildən sonra həmin xərclər təxminən iki dəfə artıb”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov deyib.

V. Bayramov əlavə edib ki, əgər hər hansı bir məbləğ kommunal xərclərin ödənməsi ilə bağlıdırsa və kommunal xərclər artırılırsa, analoji olaraq həmin müavinətin də artırılmasına ehtiyac var. Bu səbəbdən də V. Bayramov müharibə iştirakçılarına verilən müavinətlərin kommunal xərclərdəki artım tempinə uyğun iki dəfə artırılmasını təklif edir.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər