Daha bir bələdiyyə sədri cəzalandırılıb
Tarix: 23-11-2023 00:08 | Bölmə: İqtisadiyyat
Daha bir bələdiyyə sədri cəzalandırılıb

Ağdaşda bələdiyyə sədri və obyekt icarədarı inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı rayonun Qarağan Sədi və Xınaxlı kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Faktlarla bağlı Qarağan Sədi kəndində obyekt icarədarı, Xınaxlı kəndində isə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}