18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Viktor Orban: "Çox sayda Macarıstan şirkəti Azərbaycana sərmayə qoyur”
Tarix: 24-11-2023 15:57 | Bölmə: İqtisadiyyat
Viktor Orban: "Çox sayda Macarıstan şirkəti Azərbaycana sərmayə qoyur”

“BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) kimi təşəbbüslər Qərblə Şərq arasında əlaqələri təmin edir”.

Reyting.az
xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışında deyib.

“Macarıstan təkcə enerji sektorunda deyil, həm də digər sahələrdə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir. Çox sayda Macarıstan şirkəti Azərbaycana sərmayə qoyur”, - o vurğulayıb.

Onun sözlərinə görə, Avropa hazırda miqrasiya böhranı, pandemiyanın nəticələri, enerji böhranı və Yaxın Şərqdəki gərginlik kimi bir sıra problemlərlə üz-üzədir.

Bu mənada Macarıstanın baş naziri ölkələr arasında müxtəlif platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb: “Biz Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə qardaşlıq əlaqələri qururuq”.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur