12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Naxçıvanın 2022-ci ilin büdcəsinə dair hesabatı təhrif olunub - Palata sədri
Tarix: 28-11-2023 09:42 | Bölmə: İqtisadiyyat
Naxçıvanın 2022-ci ilin büdcəsinə dair hesabatı təhrif olunub

Naxçıvan Muxtar Respublikasının 2022-ci ilin büdcəsinə dair hesabat göstəriciləri doğru deyil.

Reyting.az
xəbər verir ki, bunu APA-ya müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov deyib ki, 2023-cü ildə nəzarət tədbirləri portfellərinin təxminən 15 faizi Naxçıvan Muxtar Respublikası ilə bağlı olub: “Nəticələri ümumiləşdirsək deyə bilərik ki, Muxtar Respublikanın 2022-ci ilin büdcəsinə dair hesabat göstəriciləri doğru deyil. Doğru olmayan yalnız ümumi rəqəmlər deyil, eyni zamanda struktur və ayrı-ayrı göstəricilərdə də təhriflər kifayət qədərdir. Yol verilmiş nöqsanlar maliyyə idarəetməsinə məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də bu sahə üzrə kifayət qədər bacarıq və biliklərə malik olmaması ilə əlaqəlidir. Nəticələrə dair geniş məlumat Fəaliyyət Hesabatımızda əks olunacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər