Bələdiyyə sədrinin arvadı və vəkillərin adına aldığı əmlaklar geri qaytarılır
Tarix: 28-11-2023 18:02 | Bölmə: İqtisadiyyat
Bələdiyyə sədrinin arvadı və vəkillərin adına aldığı əmlaklar geri qaytarılır

Ankara bələdiyyəsinin sabiq rəhbəri, hazırda Beyaz TV-nin sahibi olan Melih Gökçekin 2018-ci ildə həyat yoldaşı və vəkillərinin adına Ankara Böyükşəhər Bələdiyyəsindən aldığı və hələ də istifadə etdiyi dupleks yaşayış evləri geri alınır.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, hazırkı bələdiyyə sədri Mansur Yavaşın qaldırdığı iddia nəticəsində məhkəmə alqı-satqı prosesində qanunsuzluğu təsdiqləyib.

Mövcud qanunvericiliyə görə, bələdiyyə sədri vəzifədən getdikdən sonrakı 3 il ərzində həmin bələdiyyənin heç bir tender və ya layihələrində iştirak edə bilməz: "Ancaq Ankara Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Melih Gökçek vəzifədən getməyə 2 ay qalmış tender elan edərək, həmin mülkləri həyat yoldaşı Nevin Gökçeklə vəkilləri Fatih Atalay və Salih Çelen adına sənədləşdirməyə nail olub. Bu kobud qanun pozuntusunu, nəhayət, məhkəmə tanıyıb və satış ləğv olunub. İndi o, bütün əmlakları geri qaytaracaq".

Məlumatda deyilir ki, TV rəhbəri həmin 4 dubleks əmlakı 2018-ci ildə 7 milyon 900 min TL-yə ələ keçirib: "Mansur Yavaş isə məhkəmə qərarı ilə dayanmaq niyyətində deyil. O, indi də qanunsuzluq edən Gökçək haqqında Prokurorluğa müraciət edəcək".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər