18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
"Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb
Tarix: 04-12-2023 17:21 | Bölmə: İqtisadiyyat
"Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb

Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb.

Bununla bağlı məlumatı  Azərbaycan Mərkəzi Bankından təsdiqləyiblər.

Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması "Naxçıvan Bank"ın lisenziyasının ləğv ediləcəyi demək deyil: "Bu, bankın biznes strategiyasına daxil olan məsələlərdəndir. "Naxçıvan Bank"ın maliyyə dayanıqlığı göstəriciləri AMB-nin müəyyən etdiyi requlyativ tələblər çərçivəsindədir, Bankın lisenziyasının geri çağırılması gündəmdə deyil".

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur