12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Gələn ilin dövlət büdcəsini təsdiqlənib
Tarix: 05-12-2023 11:15 | Bölmə: İqtisadiyyat
Gələn ilin dövlət büdcəsini təsdiqlənib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

Reyting.az
xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

O bildirib ki, hazırda 2024-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması və makrofiskal uyğunluğun təmin edilməsi məsələləri prioritet təşkil edir: "Büdcə layihəsində xərc istiqamətləri üzrə Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, sərhədlərin bərpası və mühafizəsinin daha da gücləndirilməsi, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın fəallaşdırılması məsələləri əsas prioritetlər kimi müəyyən edilib. Bununla yanaşı, dövlətin əsas funksiyalarının həyata keçirilməsi, sosial müdafiə, elm, təhsil, səhiyyə sahələrində aparılan islahatların davam etdirilməsi ilə bağlı büdcə layihəsində vəsait nəzərdə tutulub".

Gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri 3 milyard 379 milyon manat məbləğlərində müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər