12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hesablama Palatasının xərclər smetası təsdiqlənib
Tarix: 05-12-2023 12:41 | Bölmə: İqtisadiyyat
Hesablama Palatasının xərclər smetası təsdiqlənib

Milli Məclis Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini qəbul edib.

Reyting.az
xəbər verir ki, gələn il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq.

Bu, 2023-cü illə müqayisədə 7,5 % çoxdur.

Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə bu ilə nisbətən 8,3 % çoxdur.

O cümlədən, ştatda olan işçilərin əməkhaqqına 7 540 812 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 54 670 manat xərclənəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər