“Texnika Bank”ın 5 milyon manatlıq əmlakları təkrar hərraca çıxarılıb
Tarix: 06-12-2023 16:10 | Bölmə: İqtisadiyyat
“Texnika Bank”ın 5 milyon manatlıq əmlakları təkrar hərraca çıxarılıb

Dekabrın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kv.metrlik, dəyəri 255 min manat olan 115,9 kv.metrlik, dəyəri 397 min manat olan 188,9 kv.metrlik, dəyəri 258 min manat olan 117,4 kv.metrlik, hər birinin dəyəri 389 min manat olan 2 ədəd 185,4 kv.metrlik, hər birinin dəyəri 322 min manat olan 4 ədəd 153,2 kv.metrlik, hər birinin dəyəri 245 min manat olan 7 ədəd 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 5,085 milyon manat təşkil edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər