Yanvarın 1-dən Rusiyaya daha bir qadağa tətbiq olunacaq
Tarix: 07-12-2023 00:28 | Bölmə: İqtisadiyyat
Yanvarın 1-dən Rusiyaya daha bir qadağa tətbiq olunacaq

G7 (Böyük yeddilik) ölkələri Rusiyadan almaz idxalına qadağa tətbiq edəcək.

Reyting.az
“Reuters”ə istinadla bildirir ki, qupun Tokioda keçirilən iclasından sonra verilən kommünikeyə görə, 2024-cü il yanvarın 1-dən Rusiyadan brilyant idxalı, təxminən martın 1-dən isə üçüncü ölkələrdən Rusiyanın qiymətli daşlarının idxalı qadağan olunacaq.(Sənaye almazları üçün istisna var)

Həmçinin 2024-cü il sentyabrın 1-dək kobud almazlar üçün “möhkəm yoxlama və sertifikatlaşdırma mexanizmi” yaratmağa qərar verilib.

Bundan əvvəlki məlumatlarda bildirilirdi ki, Avropa Komissiyası Rusiya almazlarına məhdudiyyətləri Moskvaya qarşı 12-ci sanksiyalar paketinə daxil etmək niyyətindədir. Belə tədbirlərin məqsədi ölkənin Avropaya və tərəfdaş ölkələrə qiymətli daşların tədarükündən əldə etdiyi gəliri azaltmaqdır.

Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseev rus kobud almazlarının tədarükünün qadağan edilməsini “kartel mexanizmi”nin yaradılması adlandırıb. Onun sözlərinə görə, bu hərəkətlər ona gətirib çıxaracaq ki, rus almazlarını əvəz etmək mümkün olmayacaq və təklifin süni məhdudlaşdırılması qısamüddətli tələbin tələsikliyi ilə yanaşı təklifin kəskin azalması ilə nəticələnəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər