Rusiyaya qarşı sanksiyalar Çin yuanı ilə ödənişləri ikiqat artırıb
Tarix: 07-12-2023 09:45 | Bölmə: İqtisadiyyat
Rusiyaya qarşı sanksiyalar Çin yuanı ilə ödənişləri ikiqat artırıb

ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları yuanla ödənişlərin iki dəfə artmasına səbəb olub.

Reyting.az
-ın xəbərinə görə, iqtisadi vəziyyətin sürətli dəyişdiyini rusiyalı iş adamı Oleq Deripaska öz Telegram kanalında bildirib.

“Dörd ildən sonra Çin valyutası ilə ödənilən əməliyyatların həcmi avro ilə aparılan əməliyyatların həcmini keçəcək və bu məqamda Qərb məhdudiyyətlərini “başa çatmış hesab etmək olar”, - deyə iş adamı əlavə edib.

“Financial Times” nəşri xəbər verir ki, yuanın qlobal ödənişlərdə payı 2023-cü ilin oktyabrında 1,9 faizdən 3,6 faizə yüksəlib. Həmçinin, Çin Xalq Bankı yuanla ifadə olunan cari hesablar üzrə əməliyyatların kəskin artdığını açıqlayıb: ölkə daxilində və xaricdə mal və xidmət ticarətinin 30 faizi milli valyutada həyata keçirilib.

Nəşrin yazdığına görə, dollar və avrodan asılılığın azalması özünün beynəlxalq ödəniş sisteminin (Cips) yaradılması, Çin Xalq Bankı ilə 30-dan çox mərkəzi bank arasında ikitərəfli valyuta svoplarının olması, xaricdə yuan klirinq mərkəzləri və milli valyuta ilə kreditləşmə inkişafın əyani göstəricisidir.

Qeyd olunur ki, noyabrın sonuna qədər yuanın məzənnəsi son 4 ayın ən yüksək səviyyəsinə qalxaraq Çin dövlət banklarının spot valyuta bazarlarında aldığı dollarları satması ilə əlaqədardır. Bəzi bazar iştirakçılarının fikrincə, bu aktivlik ixracatçıları xarici valyuta gəlirlərini milli valyutaya çevirməyə sövq etmək cəhdləri ilə izah olunur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər