"Azərlotoreya”nın xalqı talayan şəbəkəsi və ya Bakını bürüyən qumar piştaxtaları...
Tarix: 07-12-2023 12:00 | Bölmə: İqtisadiyyat
"Azərlotoreya”nın xalqı talayan şəbəkəsi və ya Bakını bürüyən qumar piştaxtaları...

Azərbaycanda “Azərlotoreya” ASC adlandırılan fırıldaq sürətlə yayılır. Bu bəla xalqımızı talamaqla məşğul olan dağıdıcı məmurlara havayı qazanc verir. “Poz, qazan” adlı fırıldaq ölkəni tam işğal etməkdədir.

Hər kəs bilir ki, ölkədə xeyli vaxtdır ki, mərhum Ümummilli Lider H. Əliyev zamanında qumar oyunları qadağan edilib. Buna baxmayaraq, “Poz qazan” qumarını qızışdıranlar heç bu qadağaya belə əhəmiyyət vermirlər. Ölkədə qumar kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya oyunu qısa zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib.

Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları məhvə sürükləyən, onları maddi nemətlər istehsalından ayırıb, zəngin həyatdan məhrum edən mərc oyunlarına vərdiş təşviq edir.

“Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.

Lakin “Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” adlı lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir.

Azərbaycanda bu cür oyunlara yer verilməsi, insanların zəhmətsiz gəlir əldə etməyə alışdırılılması və milli psixologiyada dərin çatlar yaradan qumar oyunları dərhal küçələrdən yığışdırılmalıdır: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir”.

Diqqət yetirəndə, görürük ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun belə qaranlıqdan xəbər verən hərəkətləri isə əksər insanlarda ciddi şübhələr yaradır.

Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir.

Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub talamaq və evini yıxır.

Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir.

Lakin “Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib(Mənbə: lim10.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər