Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib - Foto
Tarix: 09-12-2023 13:25 | Bölmə: İqtisadiyyat
Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Dekabrın 8-də Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi sədrliyi ilə ARDNF-nin Müşahidə Şurasının iclası keçirilib. İclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

Reyting.az
xəbər verir ki, iclasda ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurası üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul verilib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər