Milyarderlər aktivlərini Abu-Dabiyə köçürür
Tarix: 11-12-2023 23:41 | Bölmə: İqtisadiyyat
Milyarderlər aktivlərini Abu-Dabiyə köçürür

Abu-Dabi şəhəri dünyanın müxtəlif ölkələrindən olan milyarderlər arasında populyarlıq qazanır.

Reyting.az
“Bloomberg”ə istinadla bildirir ki, onlarla ən varlı şəxs aktivini Abu-Dabiyə köçürüb.

“M/HQ konsaltinq” şirkətinin məlumatına görə, hazırda azad zonada və Abu-Dabi Global Market (ADGM) maliyyə mərkəzində fəaliyyət göstərən 5 mindən çox belə şirkət var. 2016-cı ildə onların sayı 100-dən az olub.

“ADGM SPV qurmaq üçün əla yerdir”, -deyə əvvəllər Abu-Dabi Azad Zonasında işləmiş korporativ məsləhətçi B. Dasqupta agentliyə bildirib.

“Biz Britaniya Virgin adaları, Kayman adaları, Mavrikiy və həmçinin Sinqapurdan bura daha çox varlı insanların köçdüyünü görürük”,- deyə o əlavə edib.

“Bloomberg” yazır ki, 2015-ci ildə açılan ADGM Azad Zona xüsusilə son illərdə cəlbedici olub, çünki BƏƏ səlahiyyətliləri Rusiya və əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq etməyib, ABŞ və Böyük Britaniya isə yalnız məhdudiyyətləri gücləndirib. Bundan əlavə, ADGM milyarderləri öz aktivlərinin xarici yurisdiksiyalardan qorunacağına dair zəmanətlər, eləcə də BƏƏ-nin digər ölkələrlə ikiqat vergitutma müqavilələrinin geniş şəbəkəsi ilə cəlb edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}