12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İranın 15 qonşu ölkə ilə ticarət dövriyyəsi artıb
Tarix: 14-12-2023 23:47 | Bölmə: İqtisadiyyat
İranın 15 qonşu ölkə ilə ticarət dövriyyəsi artıb

Cari İran təqviminin 8 ayı ərzində (2023-cü il martın 21-də başlayıb) İslam Respublikasının 15 qonşu ölkə ilə ticarət dövriyyəsi 11,4 faiz artaraq 38,62 milyard dollar təşkil edib.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, bunu İran Gömrük İdarəsinin rəisi Məhəmməd Rezvanifər bildirib.

Bu dövrdə 15 qonşu ölkə ilə ticarət dövriyyəsi 63,1 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çoxdur.

Məlumata görə, bu ilin 8 ayı ərzində İran qonşu ölkələrə 18,3 milyard dollardan artıq məhsul ixrac edib, qonşu ölkələrdən idxalın həcmi isə 20,24 milyard dollar olub.

Hesabat dövründə İranın 15 qonşu ölkəyə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, İraq, Küveyt, Qazaxıstan, Oman, Pakistan, Qətər, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanına ixracı çəkidə 20,75 faiz artıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər