12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda dövriyyəyə 50 milyon dollarlıq istiqraz buraxılır
Tarix: 15-12-2023 14:52 | Bölmə: İqtisadiyyat
Azərbaycanda dövriyyəyə 50 milyon dollarlıq istiqraz buraxılır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) "Bakı Fond Birjası" QSC-də (BFB) daha 50 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 faizdir. Faizlər yarım illik ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları investorlardan geri almaq öhdəliyi yoxdur, lakin istiqrazların tədavül müddətinə 2 il qalmış, emitent istiqrazları nominal dəyərlə investorlardan geri almaq hüququ qazanır.

Xatırladaq ki, ASCO bu il martın 3-də eyni şərtlərlə 100 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirib. Qiymətli kağızlara 113,997 milyon ABŞ dolları dəyərində 125 sifariş verilib. Sifarişlərin 89,1 faizi hüquqi şəxslərə, 10,9 faizi isə fiziki şəxslərə məxsus olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər