Türkiyə dəmiryolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir
Tarix: 15-12-2023 17:08 | Bölmə: İqtisadiyyat
Türkiyə dəmiryolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir

Türkiyə dəmiryolu şəbəkəsini 13 min 919 kilometrdən 17 min 11 kilometrədən genişləndirəcək.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.

Məlumata görə, bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib.

Qeyd edilib ki, ümumi layihələr sırasında Qars-Iğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryolu xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkəti nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması nəzərdə tutulub.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "Naxçıvan Dəmir Yolları" MMC də gələn il yanvarın 1-dən yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə müasir standartlara cavab verəcək şəkildə yenidən quracaq(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər