"Azərcell" jurnalistə "atıb": "Heç internetə də daxil olmadıq, ancaq..."
Tarix: 19-12-2023 11:56 | Bölmə: İqtisadiyyat
"Azərcell" jurnalistə "atıb": "Heç internetə də daxil olmadıq, ancaq..."

"Xəbəriniz olsun ki, internetdən istifadə "ucuzlaşıb". Niyəsini indi izah edirəm".

Reyting.az
xəbər verir ki, bunu Baku TV-nin aparıcısı Ceyhun Səfər sosial media hesabında yazıb.

Onun sözlərinə görə, dünən itmiş nömrəsinin yenisini çıxarıb: "İstədim ki, telefona taxıb istifadə edim. Yalançı olmayım, 5-6 dəqiqə sonra mobil interneti söndürdüm, vay-faya qoşulduq. Bir az keçmiş mesaj gəldi ki, son istifadə 27 manat. Dəhşətə gəldim. Heç internetə də daxil olmadıq".

Jurnalist deyir ki, mobil operator "Azercell"ə zəng edib: "Dedilər ki, proqram yenilənməsinə və s. elə çıxılır, 1 MB 20 qəpik. Cavab verməyə söz tapmadım. 1 MB 20 qəpik, 1 kubmetr qaz da 20 qəpik. Daha nə oldu ki...".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}