Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb
Tarix: 20-12-2023 11:03 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul edib.

Reyting.az
Mərkəzi Banka istinadla xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 faizdən 6,5 faizə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 faizdən 9 faizə endirilib.

Qeyd olunur ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər