21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
SOCAR “Equinor” şirkətinin Azərbaycandakı aktivlərini alıb
Tarix: 22-12-2023 14:29 | Bölmə: İqtisadiyyat
SOCAR “Equinor” şirkətinin Azərbaycandakı aktivlərini alıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə Norvecin “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.

Reyting.az
SOCAR-a istinadla xəbər verir ki, SOCAR prezidenti Rövşən Nəcəfin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Qeyd edək ki, iştirak paylarının alqı-satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7,27 %, BTC boru kəmərində 8,71 %, “Qarabağ” yatağında isə 50 % iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 %, BTC-də 25 %, “Qarabağ” yatağında 50 % təşkil edib.

İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.

Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər